"Ermənilərin məqsədi bizim Rəsulzadə konfransımızı əngəlləməkdir" - Solmaz Tohidi

"Gör nə qədər özlərini itiriblər, nə qədər qudurublar ki, Prezidentin işinə qarışmaq keçir xəyallarından"

"Qoy konfarnsımızı keçirək, işimizi görək, sonra onlara elə tutarlı, faktlarla, tarixi sənədlərlə elə cavab verəcəyik ki, bir daha başlarını qaldırmağa cürət etməyəcəklər"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalist Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sual ünvanlayıb. Erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb. Əlavə edib ki, AXC qurucusu Böyük Vətən Müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”. M.Zaxarovanın suala cavabı belə olub: “Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”.

Məlum məsələdir ki, erməni separatçıları terrorçu Qaragin Njdenin hayıfını öz dar düşüncələri ilə guya Məhəmməd Əmin Rəsulzadədən çıxmağa cəhd edirlər. Ancaq onların bu cəhdinin də, əvvəlkilər kimi uğursuz olacağı şübhəsizdir. Xəstə təxəyyüllü ermənilər kimi kiminlə müqayisə etdiklərinin fərqində deyillər. Beyinləri bu dərəcədə dumanlıdır. Məhəmməd Əmin Rəsulzadə Şərqdə ilk demorkratik cümhuriyyətin qurucularından biri, Azərbaycan Milli Şurasının ilk sədri, alim, publisist, elmi əsərlərin müəllifi, mühacirət ömrünü Azərbaycan istiqlalı uğrunda mübarizəyə sərf etmiş bir şəxsiyyət... 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası isə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir, necə ki bu gün Rusiya Federasiyası özünü SSRİ-nin varisi hesab edir. II Dünya Müharibəsinin SSRİ tarixində Böyük Vətən Müharibəsi adlandırılan mərhələsində məhz o zamankı siyasi rəhbər İosif Stalinin iradəsinin əsas rol oynadığını uzun illər beyonlərə yeritməyə çalışan rus tarixçilərinin bu şəxsin bir frazası yəqin ki yadlarından çıxmayıb: “düşmənimin düşməni mənim dostumdur”. Həmin məntiqlə yanaşdıqda 1920-ci ildə bolşevik Rusiya tərəfindən işğala məruz qalmış, hüquqi dövləti devrilmiş Azərbaycan ziyalılarının müxtəlif zamanlarda SSRİ-yə qarşı olan qüvvələrlə işbirliyi də təbii qarşılanmalıdır. Bizim bundan heç bir çəkinəcəyimiz yoxdur və ola da bilməz. Artıq deyildiyi kimi heç bir dövlət, heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz. 

 Məhəmməd Əmin Rəsulzadənin  Faşist Almaniyasının lideriAdolf Hitlerlə görüşüb-görüşməməsini tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz xanım Rüstəmova-Tohididən soruşduq. Solmaz xanım "Sherg.az" vasitəsi ilə ermənilərə kəskin cavab verdi:

- Biz onlara möhkəm cavab verəcəyik. Bir-iki gün səbr edin. Gör bu ermənilər nə qədər özlərini itiriblər, nə qədər qudurublar ki, Prezidentin işinə qarışmaq keçir xəyallarından. Məqsədləri bizim konfransı əngəlləməkdir. Onların niyyəti bayram əvhal-ruhiyyəmizi pozmaqdır. Bacarmayacaqlar!  Qoy konfarnsımızı keçirək, işimizi görək, sonra onlara elə tutarlı, faktlarla, tarixi sənədlərlə elə cavab verəcəyik ki, bir daha başlarını qaldırmağa cürət etməyəcəklər.