«Xocalı» filminin ərsəyə gəlsməsində böyük bir komandanın əməyi olub

Azərbaycanda Xosalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) və müğənni Bahar Lətifqızının birgə təşkil etdiyi təbdirdə Xocalıya aid  klipinin təqdimatı keçirilib. Xocalı soyqırımına həsr olunmuş tədbirə Yeni Azərbaycan Partiyasının nümayəndələri, millət əvəkilləri, ziyalıları və sənət adamları dəvət olunmuşdu. Mərasimdə Xocalı faciəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə YAP GB-nin sədri Seymur Orucov Xocalı soyqırımı barədə danışıb. Sonra Xosalı faciəsi haqqında çəkilmiş video-filmin təqdimatı olub.
 Tədbirdə millət vəkilləri Rauf Əliyev, Aydın Hüseynov, Flora Qasımova və digərləri Xocalı faciəsi barədə danışıblar, faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Sonda müğənni Bahar Lətifqızının ifasında ekranlaşdırılmış "Xocalı" müsiqili kompazisiyası təqdim edilib.
 «Xocalı» filminin ərsəyə gəlsməsində böyük bir komandanın əməyi olub. Beləki, klipin ideya müəllifi Bahar Lətifqızının 14 illik prodüseri, yaxın dostu Vəfa Nuriyevadır. Böyük vəsait hesabına ərsəyə gələn klipdə kütləvi səhnələr, soyqırımı sübut edən tarixi kadrlar əks olunub. Klipdə ingilis dilində olan titrlərın, məlumatların verilməsi xüsuilə diqqət çəkir. Klipdə ingilis diləində mülumatların yer alması Xocalı facəsinin dünya arenasında təbliğində istifadə oluna bilər. Bahar Lətifqızı « Xocalı»nı rejissor Nazimə çəkdirib. Mahnının sözləri xalq şairi Zəlimxan Yaquba məxsusdu. Bahar Lətfqızının ifasında səslənən Xocalı kompaziyası mərasim iştirakçılarını ağlatdı. Klipdə yer alan təsirli tarixi video materiallarla yanaşı , akyorların ifasında təsvir olunan faciə təsirli şəkildə kadrlarda yer ala bilib.
Mərasimin sonunda müğənni Bahar Lətifqızına söz verilib. O, « Xocalı qan yaddaşımızdı. Millətimizə qarşı törədilən soyqırmda yüzlərlə insan qətlə yetirilib, körpələrə işgəncə verilib, qocalar məhv edilib. Biz bu tarixi facəni hər gün anmağa borcluyuq. Xüsusi ilə də bu kimi kompazisiyalar, kliplər, video materiallar vasitəsilə biz dünyanını diqqətini bir də soyqırma yönəldə bilirik. Mənim məqsədim məhz Xocalya həsr olunan klip çəkdirmək idi. Bu gün bu arzum reallaşdı. Biz Qarabağ dərdini içimizdə daşımağı bacarmalıyıq. Biz bu bu facəni hər fürsətdə dünya ictimiayytinə xatırlatmalıyıq ki, günahkarlar cəsalansın. Bu qan yerdə qala bilməz. Belə bir mərasimdə «Xocalı» klipinin təqdim olunması ayrıca mənə qürur verir. Bu faciə bizi millət olaraq daha da möhkəmləndirib , düşmənə qarşı daha mübariz olmağa səsləyir»
Tahirə