Moqerini: “Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqları dayandırmayıb”






Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib. "Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq”, deyə F.Moqerini vurğulayıb.
O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır.