Türkiyədə "Vikipediya"ya giriş bloklandı




Türkiyədə "Vikipediya" internet ensiklopediyasına giriş bloklanıb.

İKT.lent.az-ın "Hürriyyet"ə istinadən xəbərinə görə, bu gün səhər saat 8:00-dan etibarən "Vikipediya"nın bütün dillərdəki səhifələrinə daxil olmaq mümkün olmur.

Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi internet ensiklopediyasına girişin bloklanması barədə hər hansı məhkəmə qərarının olmadığını bildirib.

Bilgi Texnologiyaları və Rabitə Qurumu isə bloklanmanı "idari tədbir" olaraq dəyərləndirib.