ABŞ-da qasırğa 5 nəfərin ölümünə səbəb olub, 50 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB




ABŞ-ın Texas ştatında qasırğa dağıntılara yol açıb. APA-nın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, çoxlu sayda ev dağılıb, avtomobillər devrilib, ağaclar aşıb.
Nəticədə ən azı 5 nəfər ölüb, 50 nəfər xəstəxanaya yerləşdirilib.
Bundan öncə Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət elan edilib. Daşqın Missuri ştatında 1 qadının ölümünə səbəb olub.
***
saat 09.51
ABŞ-da güclü qar yağması və leysan yağışlar təbii fəlakətə yol açıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Missuri ştatında leysan yağışlardan sonra baş verən daşqın bir nəfərin ölməsinə səbəb olub.
Daşqınlarla əlaqədar çay sahilində yerləşən 100-ə qədər yaşayış məntəqəsi boşaldılıb. Oklahoma ştatında isə qar və fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Elektrik xətləri qırıldığı üçün ştatda bir çox yaşayış məntəqələri elektrik enerjisindən məhrum olub.