Con Kerri: “ABŞ Ukraynaya görə Rusiya ilə münasibətləri korlamayacaq“






ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Ukraynada yaranmış vəziyyətə görə Rusiya ilə yenidən "soyuq müharibə"yə başlamaq istəmədiyini bəyan edib.
Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
Bununla yanaşı, C.Kerri Moskvanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə və hadisələri qiymətləndirməkdə "çox ehtiyatlı" olmağa çağırıb.