“Koronavirus sınağından üzü ağ, alnı açıq çıxmalıyıq” – Baş redaktor 

Koronavirusla əlaqədər dünyanın bir çox ölkəsində, o cümlədən  Azərbaycanda karantin elan olunub. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah müntəzəm olaraq əhaliyə məlumatlar verir, ÜST-ün tövsiyələrini diqqətə çatdırır. İnsanlar şəxsi gigiyenalarını qorumağa, həyəcanlanmamağa çağırılır.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də “Sherg.az”a açıqlamasında Operativ Qərargahın fəaliyyətini yüksək qiymətləndirib: 

“Dünyanın 160-dan çox ölkəsində yayılan koronavirus təhlükəlidir. Amma ölkəmizdə vəziyyət elə də pis deyil. Bu istiqamətdə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın xüsusi rolu var. Bu qurum vasitəsilə informasiya təhlükəsizliyi qorunur, həmçinin informasiya təminatı təşkil edilir.

İlk vaxtlar bu sahədə müəyyən boşluqlar olsa da, indi qənaətbəxşdir. Düşünürəm ki, bizim bir aylıq sınaq müddətimiz qalıb. Bu sınaqdan üzü ağ, alnı açıq çıxmalıyıq”.