Möhtəkirlik ! - Aptek 70 qəpiyə kustar üsulla hazırlanmış tibbi maska satdı və... - Foto

Feysbuk “istifadəçisi  Təbriz Şıxbabayevin başına tibbi maskalarla bağlı qəribə, qəribə olduğu qədər də içacıdan bir hadisə gəlib. İstifadəçi hesabında yazr ki, Əcəmi metrosunun yaxınlığındakı "Zeytun" aptek ona heç bir ölçü və standarta cavab verməyən, kustar üsulla hazırlanmış tibbi maska satıb: “Bu gün Əcəmidə "Zeyntun" aptekdən maska aldım. Satıcıdan ilk soruşanda dedi ki, ancaq 70 qəpiklikdən qalıb. Düşündüm yəqin bahalı maskadı. Satıcı mənə göstərmədən paketə qoyub verdi. Evdə paketi açanda maskanın əldə düzəltmə olduğunu gördüm. Belə işbazlara qarşı ciddi tədbirlər görülməlidir”.

Qeyd edək ki, T.Şıxbabayev həmin maskanın fotosunu da yayıb. 

Məsələni dəqiqləşdirmək üçün istifadəçi ilə əlaqə saxladıq və o yazdıalrının tam həqiqət olduğunu təsdiqlədi. 

Görünür, həssas vəziyyətdən sui-istifadə edən möhtəkirlər yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-terapevt Şəmsiyyə Namazlı da “Sherg.az”a açıqlamasında bildirib ki, belə hərəkətlər qanuna ziddir:


“Prezident dəfələrlə bu haqda çıxış edib, qərarlar qəbul olunub. Deməyə söz tapmıram. Bəzi möhtəkirlər əhalinin sağlamlığı ilə oynayırlar. Odur ki, təkcə aptek işçiləri yox, həm də həmin maskanı istehsal edən firmalar cərimələnməlidir. Belə tibbi maskalar insanlara kömək etmir, əksinə, sağlamlıqlarını təhlükə altına qoyur. Bu tibbi maskalardan istifadə etmək olmaz. ” 

 Ş.Namazlı tibbi maska alarkən insanları diqqətli olmağa çağırdı: “Tibbi maskalar müəyyən standartlara cavab verməlidir. Maskanın neçə qatdan ibarət olması, qatlar arasındakı məsafə, onun hansı parçadan hazırlanması və sair vacib məqamlardır. Biz məsləhət görürük ki, tibbi maskalar müntəzəm dəyişdirilsin. Deməli, maskanın standartlara cavab verib-vermədiyini də dəqiq bilmək lazımdır. Alıcılar aptek işçilərindən ilk növbədə bunu soruşmalıdırlar. Maska tibbi cəhətdən insanlara, bəlkə də, kömək etməyə bilər, lakin psixoloji cəhətdən vacibdir”.