Türkiyədə bütün xəstəxanalar Pandemiya xəstəxanası elan edildi

Türkiyədə bütün özəl və vəqf xəstəxanaları Pandemiya xəstəxanası elan edilib.  

Bununla bağlı “HaberGlobal” məlumat yayıb.  

Bildirilib ki, bu, Səhiyyə Nazirliyinin qərarıdır. 

Qərara əsasən, nəzdində İnfeksiya, Kliniki Mikrobiologiya və Ağciyər Xəstəlikləri şöbələrinən ən az ikisi olan xəstəxanalar koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə istifadə olunacaq.