2 balkon, 2 uşaq: Küçəyə çıxmaq yasağı uşaqların vaxt keçirməsinə maneə ola bilmədi

Koronavirus səbəbiylə Türkiyədə həftəsonu küçəyə çıxmaq yasağı evdə qalan uşaqların gözəl vaxt keçirməsinə maneə ola bilməyib.

Sherg.az xəbər verir ki, Türkiyənin  İzmir şəhərində sərt karantinə görə evdən çıxa bilməyən uşaqlar, balkondan - balkona oyun oynayaraq kefli vaxt keçirib. Balkonlarda dayanan uşaqlar, qarşılıqlı rəqs edib, daha sonra idman hərəkətləri ediblər. Uşaqların bir-biriylə oynadığı o anlar, ətrafdakı bir nəfər tərəfindən cib telefonu ilə qeydə alınıb. Ortaya rəngli və əyləncəli görüntülər çıxıb.

Turan