Avropada Azərbaycanın milli dəyərləri təbliğ edilir - FOTOLAR

Qədim Ellada diyarında-Yunanıstanda Azərbaycanın milli dəyərləri təbliğ edilir.


Bu barədə "Sherg.az"a diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, bu ölkədə fəaliyyət göstərən "Qala" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyəti bu işdə mühüm rol oynayır.






Belə ki cəmiyyətin ofisinin önündə Azərbaycanın milli dəyərlərini nümayiş etdirən plakatlar vurulub.


Ofisdə Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında kitablar, o cümlədən, Qarabağ həqiqətlərini özündə əks etdirən nəşrlər sərgilənir.


“Bu işdə cəmiyyətin sədri Rəşid Məmmədov və qızı Salatın Məmmədli böyük rol oynayır”-deyə Elnur Eltürk bildirib.