Hərbi vəziyyət ləğv olunur

Azərbaycanda hərbi vəziyyət ləğv olunur.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Sherg.az"a verilən məlumata görə, parlamentin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.