Türkiyədən qayıdan tələbələrin biletlərinə güzəşt olunmalıdır - Deputat

“Türkiyədən təyyarə biletləri bahadır, tələbələrin zəlzələ ilə əlaqədar ölkəyə qayıdışında çətinliklər yaranıb”.
Bakupost.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır:
“İndi distant təhsilə keçilib. Ancaq elə ədəbiyyatlar var ki, tələbələr onları da qayıdaraq Türkiyədən gətirməlidirlər. Ona görə təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var”.