
Siqaretin qiyməti qalxacaq? - AÇIQLAMA
14:06 30.12.2023
Cəmiyyət
1083
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2744.6 hektar sahədən 4170,4 ton tütün yarpağı yığılıb.
Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% və ya 452.2 ton çoxdur.
Belə ki, 2022-ci ilin müvafiq dövründə 2431 hektar sahədən 3718.2 ton tütün yarpağı yığılıb.
Qeyd edək ki, hesabat dövründə ən çox tütün yarpağı Şəki (2874 ton), Qax (415.7 ton), Zaqatala (365.2 ton) və Oğuz (187.8 ton) rayonlarından yığılıb.
Maraqlıdır, bu göstərici ölkədə siqaretin qiymətinə təsir göstərəcəkmi? Məsələ ilə bağlı"Sherg.az"a açıqlama verən iqtisadçı ekspert, Natiq Cəfərli bildirib ki, "Azərbaycanda tütün istehsalının artması siqaret qiymətlərinə heç bir təsiri yoxdur:

“Çünki siqaretin qiymətinin formalaşmasında əsas təsiredici vasitə aksiz, vergi dərəcəsi və gömrük rüsumlarıdır. Ölkədə tütün məhsullarında ard-ardına aksiz dərəcələri artırılır. Ona görə də, indiki şəraitdə inanmıram ki, istehsalın artımı hansısa formada qiymətlərə təsir edə bilsin".
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə