Son sutkada Pakistanda 1200-dən çox adam koronavirusa yoluxub


Son sutkada Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı yenidən kəskin şəkildə artıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saat ərzində koronavirusa 1216 nəfər yoluxub. Bununla da belə xəstələrin sayı 292 min 174 nəfər təşkil edib.

Son gündə virusdan 12 nəfər həyatını itirib. Dünyasını dəyişənlərin sayı isə 6 min 231 nəfərə çatıb.

Hazırda xəstəxanalarda 10 min 626 pasiyent olduğu bildirilir, 731 adamın vəziyyəti isə ağırdır.