Ukrayna koronavirusa yoluxanların sayına görə Avropada 7-ci yeri tutur


Ukrayna koronavirusa yoluxanların sayına görə Avropada antireytinqdə 7-ci yeri tutur.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, avqustun 22-ə olan son statistikaya görə, Ukraynada 102 min 971 nəfər koronavirusa tutulub.

Avropada antireytinqin ilk üçlüyündə Rusiya, İspaniya və Böyük Britaniya tutur.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.