Pandemiya ilə mübarizə üçün 80 milyondan çox tibbi maska istehsal edilib


COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən 80 milyondan çox tibbi maska istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Məlumatda qeyd edilir ki, maskalar nazirliyin nəzdində fəaliyyət göstərən Maşın və Kimya Sənayesi Qurumu (MKEK) və hərbi tikiş sexlərində hazırlanıb. Bu qurumlar tərəfindən pandemiya dövrü ərzində maska ilə yanaşı, 500 mindən çox xüsusi geyim (tulum) və 210 min litrdən çox dezinfeksiya vasitəsi də istehsal edilib.