Belarusda koronavirusa yoluxanların sayı 70 mini ötüb


Belarusda koronavirusa yoluxanların sayı 70 min 468 nəfərdir.

AZƏRTAC Belarus Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, onlardan 68 min 839-u sağalaraq evə buraxılıb, 642 nəfəri həyatını itirib.

Ölkədə pandemiya dövründə 1 milyon 474 min 075 test aparılıb.