ABŞ-da atışma olub, 2 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-ın Minnesota ştatının Minneapolis rayonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Minneapolis polisi tvitter səhifəsində məlumat yayıb.

Yaralılardan 7-nin həyatı təhlükəsi yoxdur, birinin isə vəziyyəti ağırdır.

Hadisənin səbəbi barədə məlumat yayılmayıb.