Ukraynada hərbi vəziyyətin müddəti 90 gün uzadılıb

Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.

APA xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə fərman imzalayıb.

Ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə - noyabrın 15-dək uzadılması ilə əlaqədar Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri də ləğv ediləcək, çünki hərbi vəziyyətin qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.