İranda daha 3 məhbus edam edildi


İranda daha 3 məhbus edam edilib.


Bakupost.az xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.


Bildirilir ki, İnsan Haqları Təşkilatının məlumatına görə, Dezful və Xürrəmabad zindanlarında ən azı 3 nəfər dar ağacından asılıb.

Məlumata görə, edam olunanlardan ikisi narkotik cinayəti, bir nəfər isə qəsdən adam öldürməkdə ittiham edilib.