Niger hücum təhlükəsi ilə əlaqədar Benin və Nigeriya ilə sərhədə qoşun yerləşdirib

Niger üsyançıları Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) qüvvələrinin müdaxiləsi təhlükəsi ilə üzləşərək Benin və Nigeriya ilə sərhədə qoşun yeridiblər.
“Report” xəbər verir ki, bu barədə “Maliactu” portalı üsyançıların yaratdığı Vətəni Xilasetmə Milli Şurasına istinadən məlumat yayıb.
Portalın məlumatına görə, şahidlər Niger qoşunlarının Beninlə sərhəd yaxınlığındakı Qaya şəhərində hərəkət etdiyini bildiriblər. Eyni zamanda əhali də onları alqışlayır. Nigerin paytaxtı Niameydən 400 km uzaqlıqdakı Konni şəhərinə də qoşunlar köçürülür.