Kirmandakı partlayışlarda onun əli var – İran kəşfiyyatı

İranın Kirman şəhərində qəbiristanlıqda terror aktı törədən şəxslərdən birinin kimliyi müəyyənləşdirilib.

 “Report” xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Əldə olan məlumata görə, terrorçu-kamikadze Tacikistan vətəndaşı olub.

“İki terrorçu-kamikadzedən birinin Tacikistan vətəndaşlığı var, ikincinin şəxsiyyəti hələ dəqiq müəyyən edilməyib”, – qurumun açıqlamasında deyilir.

Qeyd olunub ki, bu terror aktına görə ölkənin 6 vilayətində 12 şübhəli həbs edilib.

Xatırladaq ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən matəm yürüşü zamanı terror aktları törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb.