Türkiyənin iki vilayətində zəlzələ baş verdi

Türkiyədə iki vilayətində - Malatya və Manisada 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb.

Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikdə qeydə alınıb.