İlham Əliyev Azərbaycanı əsrin qalib ölkəsinə çevirdi! - Böyük yolun başlanğıc günü...

"Bu gün Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür.
"Azərbaycanın taleyüklü məsələsinin həllinə gedən böyük yolun başlanğıcı 15 Oktyabr 2003 - cü ildən başlayıb". 

Bu sözləri "Sherg.az" a açıqlamasında Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı deyib. 

G. Ağamalı deyib ki, bu tarixi gündə Ulu Öndər yolunun unikal davamçısı Cənab İlham Əliyev xalqımızın rəğbət və etimadını qazanaraq Prezident seçilib, Azərbaycan üçün yeni tarixi səhifələr açıb: 

"İndi həmin tarixdən 20 il ötür. Milli maraqlara və dəyərlərə söykənərək istər xarici, istərsə də daxili siyasətdə öz imzasını yazıb möhürünü vuraraq ölkəmizin inkişafında müstəsna xidmətləri olan, Azərbaycanın dünya miqyasında tanıdılmasında böyük səylər göstərən Cənab Prezidentimiz dövlətimizin güclənməsi, xalqımızın rifahı üçün yorulmadan çalışır. Böyük tarixi naliyyətlər də məhz o gündən başlayır. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirib.

Prezident İlham Əliyev ölkəmizi qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə Ulu Öndərimizin arzularını reallaşdırıb.

Prezident İlham Əliyev 20 il ərzində xalqa layiqincə xidmət edərək, verdiyi vədləri bütünlüklə yerinə yetirdi, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsinə və əsrin qalib ölkəsinə çevrilməsinə nail oldu.

Zədələnmiş qürurumuzu bərpa edən, düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olunmasında misilsiz xidmətləri olan, öz qətiyyəti, yenilməzliyi ilə dünyanı heyrətə gətirən mahir sərkərdə, hər bir Azərbaycanlının and yerinə çevrilmiş, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində biz qürurlu xalq olaraq böyük sevinc və zəfərlər içərisindəyik. 

Amalı azad, qüdrətli, bütöv Azərbaycan uğrunda olan ölkə başçımız 44 Günlük II Vətən Savaşı zamanı düşmənə yerini göstərdi, antiteror əməliyyatlarının həyata keçirilməsi ilə Azərbaycanımızı bütövləşdirdi. Bu gün çox böyük qürur və şərəflə qalib və əzmkar dövlət olaraq Azərbaycan bütün dünyaya tanıdıldı. Kiçikdən böyüyədək hər kəs harada yaşamasından asılı olmayaraq başı dik, alnı açıqdır. 
Böyük iradə sahibi olan ölkə başçımız Cənab İlham Əliyevlə, qanları ilə şərəf tarixi yazan qəhrəman qardaşlarımızla fəxr edir, qəhrəmanlıq səlnaməsi yazaraq Şəhadətə ucalan Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Uca Yaradandan şəfalar diləyrik.
Var olsun, qüdrətli Azərbaycan dövləti! 
Var olsun, Azərbaycanın ən yeni tarixini yazan Xilaskar Ali Baş Komandanımız!"