Suadanın həyat yoldaşı və Van Dammın qızı ilə - Fotoları

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını paylaşıb. 

Axşam.az xəbər verir ki, piano ifaçısı Los-Ancelesdəki evlərində həyat yoldaşı ilə Yeni il ab-havalı şəkillər çəkdirib.

O, paylaşımına qısaca "çox sevdiyim kiçik həyatlarımız" qısa şərhini yazıb. Fotolarda Van Dammın qızı Bianka da yer alıb.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.