Əli Əsədov Ümumdünya Buxara Yəhudiləri Konqresinin prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov Ümumdünya Buxara Yəhudiləri Konqresinin prezidenti Lev Levayev ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində ardıcıl siyasətin uğurla davam etdirildiyi vurğulanıb.

Qeyd edilib ki, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.