Latviyanın sabiq prezidenti: Bakının növbəti COP konfransına ev sahibliyi etməsi yaxşı seçimdir

"İqlim dəyişikliyi qlobal məsələdir, beynəlxalq ictimaiyyət buna xüsusi diqqət verməlidir”.
Bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə Latviyanın sabiq prezidenti Egils Levits deyib:

“Bakının növbəti COP konfransına ev sahibliyi etməsi yaxşı seçimdir. Çünki Azərbaycan tarixi nəqliyyat qovşağında, yolların kəsişməsində yerləşir".

O vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə qlobal ədalət və həmrəylik ən vacib məqamlardır: “Ölkələr birgə şəkildə iqlim dəyişikliyi ilə mübarizədə səy göstərməli, əməkdaşlıq etməlidir”.