Kreml: Ukraynalı hərbçilər silahı yerə qoymalıdır, vaxt daralır

Rusiya Prezidenti Vladimir Putinin Kursk vilayətində Ukrayna birləşmələrinin silahı yerə qoyması təklifi hələ də qüvvədədir, lakin Kiyevin vaxtı azalır.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təklif hələ qüvvədədir. Onların vaxtı daralır", - o, müvafiq suala belə cavab verib.