“Soyuqlamışam, keçər gedər”, deyib üstündən keçməyin, ÖLÜMCÜLDÜR - PEDİATR
10:22 06.10.2025
Sağlamlıq
563
Bu yeni vaksin qripin hansı ştammına qarşıdır, məlumat yoxdur
Azərbaycana qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, bu il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start veriləcək.
Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qripin çox ağır xəstəlik olduğunu dedi:
- Qripə laqeyd yanaşmaq olmaz. Qrip çox ağır, hətta ölümlə nəticələnən dəhşətli xəstəklikdir. Dünyada milyonlarla insan qripdən vəfat edib. Ona dırnaqarası baxılmamalıdır. “Soyuqlamışam, keçər gedər”, deyib üstündən keçmək olmaz. Müəyyən elmi tədqiqat qrupları var ki araşdırırlar, hansı regiondan qripin hansı ştammının yayılmaq ehtimalı var. Qripin 3 ştammı var - A.B.C. Tədqiqat qrupu araşdırır ki məsələn, Qafqaz regionunda payız aylarında qripin hansı ştammı yayılacaq, ona uyğun da vaksin gətirilir ölkəyə. Bu yeni vaksin qripin hansı ştammına qarşıdır, məlumat yoxdur. Amma biz tövsiyə edirik ki, immuniteti zəif olanlar, tez-tez xəstələnənlər, yaşlı insanlar, xroniki xəstəlikləri olanlar, eləcə də bağça və məktəb yaşlı uşaqlar qripə qarşı peyvənd olunsunlar. Peyvənd vurdurmaq məsləhətdir.Bu, gözardı edilməməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya