Qısa nömrələr artıq tükənib
Yusif Nəzərli
20:20 02.06.2022
Gündəm
1397
"Bu sahədə normal qaydalar hazırlamaq, şəffaf mühit formalaşdırmaq doğru olardı"
Ölkədə fəaliyyət göstərən müxtəlif hüquqi və fiziki şəxslər, operatorlar, provayderlər, ayrı-ayrı dövlət və özəl xidmətlər müxtəlif məqsədlər üçün 3 və 4 rəqəmli prefikslər(102, 188, 1655 və s.) əldə edirlər.
Bu, o deməkdir ki, vətəndaşlar və hüquqi şəxslər daha tez əldə oluna bilən, daha yadda qalan həmin nömrə vasitəsi ilə bu qurumlarla əlaqə saxlayacaqlar. Yəni bu nömrələr qurumla ictimaiyyət arasında əlaqəni daha əlçatan edir.
Son günlərdə isə qısa nömrələrin əldə olunması ilə bağlı şikayətlər çoxalıb. Qısa nömrə almaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edən vətəndaşlar əliboş qayıdır. Səbəb olaraq isə onlara deyilir ki, qısa nömrələr artıq qalmayıb və yaxud da onların bu barədə müraciətlərinə ətraflı məlumat verilmir.
Məsələnin çox ciddi problem olduğunu deyən Azərbaycan İnternet Forumunun prezidenti, İKT məsələləri üzrə ekspert Osman Gündüz də qısa nömrələrin artıq tükəndiyini və bu səbəbdən də müraciət edənlərə mənfi cavab verildiyini təsdiqləyib.
Bununla belə ekspert aktiv qısa nömrələrin bir neçəsindən başqa digərlərinin gözə dəymədiyini qeyd edib: “Əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytında qısa nömrələrin siyahısı və kimə məxsus olması haqqında məlumat vardı, indi həmin məlumat yığışdırılıb. Fikrimcə, bu sahədə normal qaydalar hazırlamaq, şəffaf mühit formalaşdırmaq doğru olardı.
Hazırda bu sahəylə RİNN-də tənzimləmə şöbəsi məşğuldur. Yaxşı olardı ki, şöbə normal bir tənzimləmə mexanizmi hazırlayıb Nazirlik tərəfindən təsdiqlənəndən sonra saytda yerləşdirsin. Mövcud qısa nömrələr və onların sahibləri haqqında məlumatlar da ictimai əhəmiyyət kəsb edir və açıqlanması zəruridir.
Yeri gəlmişkən, başqalarına 3 rəqəmli qısa nömrə təqdim edən Nazirliyin özünün qısa nömrəsi 4 rəqəmlidir və adətən heç kim də bunu xatırlamır.
Maraqlıdır ki, bu tip nümunələr çoxdur, hansısa əhəmiyyətsiz bir qurumda daha yaddaqalan bir 3 rəqəmli nömrə olduğu halda ictimai əhəmiyyət kəsb edən bir qurumda və ya layihədə 4 rəqəmli, yadda qalmayan nömrələr istifadə olunur.
Yeni qaydaların hazırlanması və bu qaydalarda müəyyən müddət istifadə edilməyən qısa nömrələrin geri alınması mexanizmi nəzərdə tutulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya