DƏHŞƏTLİ OLAY: Ana körpəsini diri-diri torpağa basdırdı

Cənubi Afrikanın Şərqi “Cape” əyalətində anası tərəfindən diri -diri basdırılan körpənin tapılaraq xilas edildiyi bildirildi.

“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, qadın körpəni yaşadığı evin həyətində dəfn edib.

Polis araşdırma apardıqdan sonra 34 yaşlı qadın dünyaya yeni gələn körpəsini evin bağçasında tapıb. Polis əməkdaşları yorğana bükülmüş çamadanın içində torpağa basdırılan körpənin sağ olduğunu görüblər.
Xəstəxanaya aparılan körpənin sağlamlıq vəziyyəti ilə bağlı məlumat paylaşılmayıb.