ABŞ-da atışma zamanı polis əməkdaşı öldürülüb, yaralananlar var

ABŞ-ın Texas ştatında atışma olub.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Hyuston şəhərində baş verib. Atışma zamanı bir polis əməkdaşı öldürülüb, daha iki nəfər yaralanıb.

Şəhərin Polis İdarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları barlardan birinin yaxınlığındakı küçədə soyğunçuluğun qarşısını almağa çalışıblar. "Pusquya düşəndə ​​bir şübhəli şəxsi yaxalamağa və ya həbs etməyə çalışıblar", - deyib.

CNN-in məlumatına görə, başqa bir cinayətkar polisə arxadan yaxınlaşaraq, tüfəngdən bir neçə atəş açıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda cinayətkarların axtarışı aparılır.