Xəzər dənizində zəlzələ qeydə alınıb 

Yerli vaxtla saat 21:44-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə "Report" Zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.