Bakıda oğul anasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
1975-ci il təvəllüdlü Nəcəfova Bənövşə Surxay qızı oğlu tərəfindən bıçaqlanıb.
Yaralı bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələlik məlum deyil.