Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:07-də Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3, dərinliyi 61 kilometr olub.