Məhkumlara işgəncələr verilir


Vəkillər iddia qaldırıb ki, edam üsulları dəyişdirilsin 

   ABŞ-ın Oklahoma ştatında barəsində edam hökmü çıxarılmış Gay Carterin edamı böyük səs-küy yaradıb.  “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, məhkum damarına “ölüm kokteyli” – 3 dərman qarışığı olan “Midazolam” iynəsi yeridildikdən 21 dəqiqə sonra vəfat edib. İlk 15 dəqiqədə məhkum qıvrılıb, qusub, sonra huşunu itirib, 6 dəqiqə sonra isə vəfat edib. Məhkumların bu üsulla edamına qarşı çıxan G.Carter ailəsinin vəkili “insanlara əziyyət verilir, əzab içində canlarını  tapşırırlar”, iddiasıyla məhkəməyə müraciət edib.

Bundan əvvəl də başqa bir məhkum – 38 yaşlı Clayton Locket damarına iynə yeridildikdən 43 dəqiqə sonra ölmüşdü. Məhkumun edamı əziyyətlərlə, çırpınmalarla müşayiət olunmuşdu. Bu hadisədə ölkədə edamların məhkumlar üçün əsl cəhənnəm əzabına çevrildiyi müzakirə olunurdu. Bəzi məhkumlara yanlış dərmanlar verildiyi də üzə çıxmışdı. Oklahoma ştatında 20-dən artıq məhkumun müdafiəçisi olan ictimai vəkillər isə belə edamları “insanların əzablara qarşı müdafiəsiz qalması” hesab edərək məhkəməyə müraciət edib. İctimai vəkillər edam üsullarının dəyişdirilməsini, edamı qanuna uyğun şəkildə icra edə bilməyən həbsxana əməkdaşlarınınsa cəzalandırılmasını tələb edir. Oklahoma ştatı məhkəməsi isə vəkillərin iddiasını əsassız sayıb. Ştat vəkilləri ictimai vəkillərin iddiasına qarşılıq “məhkumların ağrı hiss etməməsi 500 mm.lıq yuxugətirici dozanın gərəkən daha artıq yetərli olduğu”nu irəli sürüb. Məhkəmə qarışıq dərmanlardan ibarət inyektə üsulunun saxlanacağına qərar verib.