İstanbulda yaşayış binası çökdü: dağıntılar altında qalanlar var

İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında qalanlar var.
Sherg.az xəbər verir ki, hadisə şəhərin Küçükçekmece rayonunda baş verib.

İstanbul valiliyindən verilən məlumata görə, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.

Hadisə yerli vaxtla saat 08:40 (Bakı vaxtı ilə 08:40) radələrində baş verib.