İsmayıllıda 39 yaşlı kişi bıçaqlanıb

Dünən gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, 31 yaşlı Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində 1985-ci il təvəllüdlü Namiq İbrahimova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma başlanıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.