Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 0,89% artaraq, 122,7 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.