Qızıl cüzi ucuzlaşıb

ABŞ-ın dövlət bondlarının gəlirliyinin artması fonunda qızıl cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,12%, yaxud 2,23 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1855,07 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,54% düşərək 1 unsiyası 21,852 ABŞ dolları təşkil edib.

Bazarda “etibarlı” investisiyaların alternativi olan ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,749%-dən 2,842% səviyyəsinə çatıb qızılın qiymətinə mənfi təsir göstərib.