“Avropanın enerji təminatı və təhlükəsizliyində iştirak payımız çoxalacaq”


Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Hörmətli sərgi və forum iştirakçıları!Hörmətli xanımlar və cənablar!
Sizi, bir neçə enerji tədbirini özündə birləşdirən, “Bakı E edennerji Həftəsi”nin açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı və ölkələrinizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür.

 Azərbaycanın ərsəyə gətirdiyi bu layihənin Avropa üçün vacib infrastruktur xətt olduğunu "Sherg.az"a dəyərləndirən iqtisadçı –ekspert Fuad ibrahimov bildirib ki, Azərbaycan qazının Rusiya qazını tamamilə əvəz etməsi hələlik mümkün deyil:

"Mərhələli şəkildə xətlərimizin texniki imkanlarını artıra bilərik.Bu halda Avropanın enerji təminatı və təhlükəsizliyində iştirak payımız çoxalacaq.Konkret misallar verəcək olsaq. Rusiya Bolqarıstana qaz ixeacını  dayandırıb. Və bu hadisədən sonra Yunanıstandakı kollektor vasitəsiylə  Bolqarıstanın enerji ehtiyacının 90 faizini Azərbaycan  təmin edə biləcək.

Ümumilikdə isə bu hadisələri Rusiyaya qoyulan embarqolarla bağlamamaq lazımdır.Azərbaycan Rusiyanı  özünə strateji partnyor hesab edir. Nəzərə almalıyıq ki, bizim Cənub xəttimizə  İran və orta Asiyadan Türkmənistan qazının qoşulması istisna olunmur. 

Bütun bu nüansları bir yerə gətirərək, Azərbaycanın  enerji təhlükəsizliyi baxımından Avropanın bir nömrəli partnyorları arasında olduğunu qeyd edə bilərik”. 

Nihat Müzəffər