Mikayıl Cabbarov Matteo Patrone və həmkarları ilə görüşüb 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və həmkarları ilə görüşüb.
Bu barədə o, özünün “Twitter” səhifəsində qeyd edib.
Bildirilib ki, bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri və nəzərdə tutulan yeni layihələr barədə fikir mübadiləsi aparılıb.