Bu il 120 milyon dollarlıq meyvə-tərəvəz İDXAL OLUNUB

Cari ilin beş ayında 209,7 min ton meyvə-tərəvəz idxal edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, idxal edilən meyvə-tərəvəzin dəyəri 119,4 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-may aylarında dəyəri 110,3 milyon dollar olmaqla 205,3 min ton meyvə-tərəvəz idxal edilib.