Şarl Mişel və Rəcəb Tayyib Ərdoğan taxıl məsələsini müzakirə ediblər - FOTO

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO Sammiti çərçivəsində görüşüblər.

Bu barədə Aİ Şurasının Prezidenti özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, tərəflər Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması səylərinə göstərdiyi dəstəyi müzakirə ediblər.

“Rusiyanın hərbi təcavüzü və suveren dövlətə qarşı işğalı qəbuledilməzdir”, - deyə Ş.Mişel əlavə edib.