Azərbaycan neftinin qiyməti 120 dolları keçdi

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 3,52 ABŞ dolları və ya 3% artaraq, 121,74 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.