Müğənni Nura Surinin şəkillərindən istifadə edilən saxta profil açılıb.
Lent.az-ın məlumatına görə, "Facebook"da özünə "Alara Genç" adı ilə profil açan şəxs, müğənninin fotolarından istifadə edərək yeni münasibətlər axtardığını qeyd edib.
“28 yaşım var. Türkiyədə Taksim meydanı yaxınlığında yaşayıram. Diqqətinizi çəkdimsə “Whatsap” vasitəsilə və ya zəng ilə mənimlə əlaqə yaradın. Ağıllı münasibət qurmaq istəyirsinizsə mütləq zəng edin”-deyə vurğulayıb.
Qeyd edək ki, N.Suri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.