“Jara-2019” “Pre-Party” paytaxda keçirilib-VİDEO


Bakıda “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub.
Lent.az-ın məlumatına görə, “Pre-Party”də Rusiyanın tanınmış müğənniləri ilə yanaşı, Azərbaycanın xalq artisti Aygün Kazımova, eləcə də digər sənətçilərimiz çıxış ediblər.
Festivalın təşkilatçısı, Azərbaycanın xalq artisti Emin Ağalarov gecədə jurnalistlərə bu sözləri deyib:“Biz hər il Moskvada “Pre-Party” edirik. Məqsəd "Jara" festivalına daha da maraq qatmaqdır. Bakıya gəldiyimdə düşündüm ki, bu partini Bakıda təşkil etməmək haqsızlıq olar”.Ağalarov, Filip Kirkorov və Aygün Kazımovanın yeni duet oxuyacağını da əlavə edib.