Rasim Balayevin səhhəti yaxşıdır: "Top kimiyəm"


Bu gün bəzi mətbuat orqanlarında Xalq artisti Rasim Balayevin səhhətinin pisləşməsi barədə məlumat yayılıb. 

Oxu.Az-ın əməkdaşı Xalq artistinin səhhəti ilə bağlı məlumat öyrənmək üçün onunla əlaqə saxlayıb.

Rasim Balayev saytımıza açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib:

“Top kimiyəm”.

Qeyd edək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə almaq üçün Türkiyəyə getmişdi.