İstanbuldakı Heydər Əliyev parkında sərgi açıldı 

Sentyabrın 25-də İstanbulun Sarıyer rayonu ərazisində yerləşən Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb.

Report xəbər verir ki, sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da təmsil olunur.

Tədbirdə, ümumilikdə, 70-dək stend qurulub. Azərbaycan stendində isə ölkəmizin klassik və müasir ədəbiyyat nümunələri, o cümlədən tarix, milli mətbəx, turizm mövzularında nəşrləri yer alır. Bundan əlavə, sərgidə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə onun əsərləri də nümayiş etdirilir.

Sentyabrın 29-dək davam edəcək sərgiyə 5000-ə qədər ziyarətçinin qatılacağı gözlənilir.